Çində daşqın olub - 10 ölü, 33 itkin

Çində iki gündür davam edən güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin itkin düşdüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, ölkənin şimal-qərbindəki Qansu əyalətində iki gündür davam edən güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Təbii fəlakətlərdə 10 nəfər həyatını itirib, daha 33 nəfərin isə xəbəri yoxdur. Çin prezidenti Si Cinpin bölgədə tammiqyaslı xilasetmə və daşqınların qarşısının alınması üçün göstəriş verib. Bundan başqa, güclü leysan bəzi ərazilərdə elektrik enerjisi və telekommunikasiya xidmətlərini dayandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə