İsveçdə milyardlarla kron ziyana səbəb ola biləcək invaziv daşlıq dələlərinin məhv edilməsi proqramına yenidən start verilib. Heyvan zahirən zərərsiz görünsə də, avtomobillərə və evlərə girərək kabellərə və interyerə zərər vurur. Bundan əlavə, yerli fauna, xüsusən də quşlara təhlükə yaradır. SİA xəbər verir ki, layihə əvvəllər maliyyə çatışmazlığı səbəbindən dondurulsa da, bu il hökumət mübarizəni davam etdirmək qərarına gəlib. Hazırda ölkənin cənub bölgəsində işlər davam etdirilir.
Ovçular Assosiasiyasının invaziv növlər layihəsinin rəhbəri Per-Arne Olenin sözlərinə görə, bu dələ növünün populyasiyasının məhdudlaşdırılmasına dair tədbirlər görülməsə, infrastruktura böyük ziyan vuracaq.
Bu heyvanın təbii arealı Cənubi Avropa olsa da, ilk dəfə 2018-ci ildə İsveçdə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə