Uitkoffla Putin arasında yüksək məhsuldar görüş olub

Mənim xüsusi elçim Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə yüksək məhsuldar görüşü olub.

SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, böyük irəliləyişin əldə edildiyini bildirib.

“Daha sonra mən bəzi avropalı müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə sona çatmalıdır. Biz qarşıdakı günlərdə və həftələrdə bunun üçün çalışacağıq”,-deyə Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə