İngilis təlimatçılar Rusiya xüsusi təyinatlıları tərəfindən əsir götürülüb..?

İyulun sonunda Rusiya xüsusi təyinatlıları Nikolaiv vilayətinin Oçakov şəhərinə eniş edərək gizli “Skat-12” əməliyyatı həyata keçirib.

Hədəf Ukraynanın 73-cü Hərbi Dəniz Qüvvələri Xüsusi Əməliyyatlar Mərkəzinin bazası olub, burada kəşfiyyat məlumatlarına görə, britaniyalı təlimatçılar var idi.

SİA xəbər verir ki, rus saytlarının yazdığına görə, Rusiya xüsusi təyinatlıları Rusiya ərazisinə "Fırtına kölgəsi"nin zərbələrini koordinasiya edən və diversantlar hazırlayan yüksək rütbəli britaniyalı zabitləri ələ keçirə biliblər.

Xüsusi təyinatlıların əməliyyatı ingilisləri təəccübləndirib. Rusları görəndə qışqırmağa müvəffəq olduqları tək şey bu oldu: “Atmayın!”.

Rus döyüşçüləri Xüsusi Psixoloji Əməliyyatlar Müdirliyindən polkovnik Edvard Bleyki, Böyük Britaniya Müdafiə Nazirliyindən polkovnik-leytenant Riçard Kerrollu və bir kəşfiyyat zabitini əsir götürüblər.

...Tsarqrad öz mənbəsinə istinadən yazır ki, əcnəbilər sənədlər, xəritələr, məlumat daşıyıcıları və tam avadanlıqla birlikdə aparılıb. Eyni zamanda, Müdafiə Nazirliyi bu məlumatı rəsmən təsdiqləməyib.

Nəşr qeyd edir ki, “Skat-12” əməliyyatı SVO zonasında ilk dəfə yüksək rütbəli britaniyalı zabitlərin əsir götürülməsi olub.

Məhbuslar Londonun planları haqqında mühüm məlumatlar veriblər, bunun sayəsində Moskva fəal hərəkət edə biləcək. Məsələn, britaniyalı zabitlər Rusiyanın kölgə donanmasının tankerlərinə hücum hazırladıqlarını etiraf etdilər ki, bu da ekoloji fəlakətə səbəb ola bilərdi.

Fırtına kölgəsi zərbələrinin koordinatorlarının ələ keçirilməsi bu raketlərin Rusiya ərazisinə qarşı istifadəsini xeyli çətinləşdirə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə