Rusiya prezidenti Vladimir Putin hökumətə 2035-ci ilə qədər istixana qazlarının emissiyasını 1990-cı illə müqayisədə 65-67 faiz azaltmağı tapşırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Putinin imzaladığı fərman Rusiya dövlət hüquq informasiya sistemində dərc olunub.
Müvafiq olaraq, Rusiya hökumətinə 1990-cı illə müqayisədə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 65-67 faiz azaltmaq tapşırılıb. Sərəncamda hökumətin Rusiyanın davamlı və balanslaşdırılmış sosial-iqtisadi artımını təmin etmək üçün lazımi addımlar atması, həmçinin istixana qazlarının tullantılarının azaldılması üçün lazımi texnologiyaların təmin edilməsi əmri verilib. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, karbon dioksid, metan və azot oksidi konsentrasiyaları 2023-cü ildə 800 ilin ən yüksək səviyyəsinə çatıb. İstixana qazlarının emissiyalarının rekord dərəcədə artması planetin daha da istiləşməsinə və iqlim dəyişikliyinə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə