ABŞ nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada 2022-ci ilin fevral ayından bəri davam edən müharibəyə son qoymaq üçün Rusiya ilə diplomatik əlaqə saxlayan ABŞ Moskvaya nümayəndə heyəti göndərib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və onu müşayiət edən şəxslər bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Məlumata görə, görüşdə Ukraynada atəşkəs üçün tərəflərin axtardıqları ilkin şərtlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə