ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Olimpiya oyunları ilə bağlı işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, mərasimdə təşkilatçılar olimpiya məşəlinin ilk dəfə bütün 50 ştatı gəzəcəyini bildiriblər. Tramp oyunlarda təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edəcəyini və Milli Qvardiya və ya ordunu Los-Ancelesə göndərə biləcəyini deyib.
Yay Olimpiya Oyunlarına 14 iyul 2028-ci ildə Los-Ancelesdə start veriləcək. Buna qədər şəhər 1932 və 1984-cü illərdə mötəbər yarışa ev sahibliyi edib. ABŞ-da sonuncu dəfə 2002-ci ildə Yuta ştatının Solt Leyk Siti şəhərində Qış Olimpiya Oyunları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə