Fransadakı həbsxanalarda dözülməz vəziyyət yaranıb

Fransa həbsxanalarında həddindən artıq sıxlıq müşahidə olunur. Ən ağır vəziyyət isə müvəqqəti saxlanma müəssisələrindədir. Bu müəssisələrdə sıxlıq səviyyəsi 167 faiz təşkil edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu ölkənin Ədliyyə Nazirliyinin statistikasına əsasən, son bir ildə həbsxanalarda məhbusların sayı 6442 nəfər artıb. Bundan başqa, bir sıra həbsxanaların binaları qəzalı vəziyyətdədir. Bu kimi hallar isə məhbuslar, eləcə də dustaqlarla penitensiar personal arasında gərginlik yaradır, zorakılıq hallarının artmasına səbəb olur.

Fransa həbsxanalarındakı vəziyyət ölkənin parlament üzvləri, Azadlıqdan Məhrumetmə Yerlərinin Ümumi Nəzarətçisi və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən dəfələrlə tənqid edilib. AİHM 2020-ci ildə Fransanı insan hüquqlarını pozduğuna görə qınayıb. Avropa Şurasının ötən ay dərc etdiyi hesabata əsasən, Fransa Avropada məhbusların sayının ən çox artdığı ölkələr sırasındadır. Hazırkı göstəricilər Fransa həbsxana sisteminin iflas həddində olduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə