Ötən ay Cənubi Koreyada ölkə tarixində ikinci ən isti iyul kimi qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, mərkəzi ofisi paytaxt Seulda olan Koreya Meteorologiya İdarəsi tərəfindən verilən açıqlamada iyul ayı üçün temperatur məlumatlar paylaşılıb.
Açıqlamada ötən ay ölkə üzrə orta temperaturun 27,1 dərəcə Selsi olduğu qeyd edilib. Bu, 1994-cü ildə qeydə alınan ən isti iyul ayından 0,6 dərəcə aşağı olub və bu, ölkə tarixində ikinci ən isti iyul olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə