...Ənənəvi mənəvi-əxlaqi dəyərləri bölüşən insanlar kimi qeyri-dost ölkələrdən Rusiyaya köçmək arzusunu ifadə edənlərin sayı heyranedicidir?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İsveçrənin “Tages-Anzeiger” qəzeti Qərbdən Rusiya Federasiyasına miqrasiyanı belə qiymətləndirib.
Moskva “dəyərlər vizası”nı 2024-cü ilin avqust ayından təşviq edir.
Ona dost olmayan ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Macarıstan və Slovakiya istisna olmaqla, Avropa İttifaqının bütün ölkələrinin vətəndaşları müraciət edə bilərlər.
Nəşr vurğulayır ki, iyun ayına kimi 1156 müraciət daxil olub. Müraciətlərin sayına görə liderlər Almaniya (224), Latviya (126) və ABŞ (99) olub.
...146 milyon əhalisi olan bir ölkə üçün bu, o qədər də çox deyil. Amma nəzərə alsaq ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, Qərb ölkələrindən birbaşa uçuşlar yoxdur və bu ölkəyə aktivlərin köçürülməsi üçün çətin həll yollarından istifadə etmək lazım gəlir. İnsanlar Rusiyaya cənnət olduğuna görə yox, Qərb dövlətlərinə inamını itirdiyinə görə üz tuturlar?
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin vətəndaşlarının Rusiyaya köçmək istəyini açıqlamışdı.
Onun sözlərinə görə, NATO ölkələrinin sakinləri öz yaxınlarını Qərbin ənənəvi dəyərlərə qarşı kursundan qorumaq üçün Rusiya Federasiyasına köçmək istəyirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə