İsrailin mühasirəyə aldığı və humanitar yardım axınının qarşısını aldığı Qəzzada son 24 saatda daha 5 dinc sakin aclıqdan ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağında aclıqdan ölənlərin sayı 180-ə çatıb.
İsrailin blokadaya saldığı və humanitar yardım axınını məhdudlaşdırdığı Qəzza zolağında itkilər hər gün daha da ağırlaşır.
İsrail 7 oktyabr 2023-cü ildən müdafiəsiz mülki əhalinin üzərinə bomba yağdırdığı Qəzza zolağında aclıqdan silah olaraq istifadə edir. Fələstin Səhiyyə Nazirliyi son 24 saatda daha 5 mülki vətəndaşın aclıq və qida çatışmazlığından öldüyünü açıqlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə