Kubanda, Tuapse rayonunda fövqəladə vəziyyət elan edilib...

Kuban qubernatoru Veniamin Kondratyev bildirib ki, çayda suyun səviyyəsinin qalxması və leysan yağışlar səbəbindən bir sıra bitişik ərazilərin və evlərin su altında qaldığı Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə fövqəladə vəziyyət elan edilib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rayon rəhbəri qeyd edib ki, rayonun Defanovka kəndində 25 ev, Moldavanovskoyedə 9 ev və 25 ona bitişik ərazi, Novomikaylovskoye kəndində isə 20 ona bitişik ərazi su altında qalıb.

Onun sözlərinə görə, fövqəladə hallar xidmətinin mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir, fəlakətin nəticələrini operativ şəkildə aradan qaldırır və köməyə ehtiyacı olan hər kəsə dəstək verir.

Krasnodar diyarında daşqının nəticələrinin aradan qaldırılmasına 150-dən çox canlı qüvvə və 44 texnika cəlb olunub.

Təbii fəlakətdən zərər çəkmiş qəsəbələrin sakinləri üçün 100 çarpayılıq iki müvəqqəti yaşayış mərkəzi açılıb.

Qoryaçi Klyuç şəhəri ərazisində mütəxəssislər 17 nəfərlik turist qrupunu xilas ediblər.

Turistlərdən birinin ayağı sınıb, ona tibbi yardım göstərilib. “Orlyonok” uşaq düşərgəsindən 63 nəfər təxliyə edilib, xilasedici qruplar ümumilikdə 130 turistin su ilə əhatə olunduğu Qoryaçi Klyuça yollanır.

Regional Fövqəladə Hallar Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, avqustun 3-də günün sonunadək, avqustun 4-də isə gecə və səhər şimşək çaxacağı, dolu düşəcəyi, leysan xarakterli küləyin sürətinin 22 m/s-dək güclənəcəyi gözlənilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə