...Yemək bişirməkdən gələn qoxu qonşu mənzillərə yayılsa, cərimə də ala bilərsiniz.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vəkil Yekaterina Neçayeva deyib.
O, izah edib ki, hər bir ölkə sakininin əlverişli ətraf mühit hüququ var. Bu, Rusiya Konstitusiyası, "Ətraf mühitin mühafizəsi haqqında" federal qanun və digər hüquqi aktlarla müəyyən edilir.
Qonşulardan açıq pəncərələrdən və ya havalandırmadan xoşagəlməz qoxunun gəlməsi faktı ilə tez-tez rastlaşırıq. Məsələn, yemək bişirmək və ya siqaret çəkmək səbəbindən. Bu halda, yerli polis məmurunuz və ya Rospotrebnadzor ilə əlaqə saxlamalısınız. Şöbənin əməkdaşları yerində tədbirlər keçirə və hava nümunələri götürə bilər, bundan sonra analiz aparılacaq və cərimə tətbiq olunacaq.
Bunu deyən ekspert əlavə edib ki, əgər onlardan qoxu gəlirsə, təqsiri sübuta yetirilərsə, müəssisələr bağlana bilər.
Əlverişli ətraf mühit hüququnun pozulmasına görə cərimə fiziki şəxslər üçün 500-dən min rubla qədərdir.
...Abzats xəbər verir ki, hüquqi şəxslər pozuntu halında 10 000-dən 20 000 rubla qədər ödəməli olacaqlar.
Hüquqşünas İlya Rusyayev xatırladıb ki, səsi icazə verilən normaları aşan kondisioner sahibləri fiziki şəxslər üçün 500-1000 rubl, hüquqi şəxslər üçün isə 10-20 min rubl cərimə ödəməli olacaqlar. Sahibindən əməliyyatları 90 gün müddətinə dayandırmaq da tələb oluna bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə