Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablalıyev saxlanılıb. SİA xəbər verir ki, bu barədə KaTAG agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbəsi məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Qeyd olunur ki, həm böyük məbləğdə rüşvət, həm də qanunsuz himayəçiliklə bağlı versiyalar yayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə