Rusiya iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib. SİA xəbər verir ki, ilkin olaraq Kiyevə zərbə dronları ilə hücum edilib, Ukrayna paytaxtında partlayış səsləri eşidilib.
Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində bildirib ki, dron hücumları nəticəsində Solomenski, Şevçenko, Svyatoşin rayonları zərər görüb. Çoxmərtəbəli yaşayış binasında, təhsil müəssisəsində, müxtəlif ünvanlarda yanğın baş verib. Həmçinin onlarla avtomobil yanıb. Kütləvi dron hücumundan sonra Kiyevdə ikisi uşaq olmaqla 10-dan artıq mülki şəxs xəsarət alıb.
Ukrayna paytaxtına daha sonra ballistik raketlərlə hücum edilib. Timur Tkaçenkonun məlumatına görə, Şevçenko və Svyatoşin, Qoloseyev rayonlarında yaşayış binalarına ciddi ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə