Polis Türkiyə meşəsində başı torbalı rusiyalı meyiti tapıb...

SİA Milliyet-ə istinadən xəbər verir ki, Rusiya vətəndaşı Usman Əmriyevin meyiti Türkiyənin Sarıyer rayonunda meşədə tapılıb.

Qurbanın ağzı lentlə bağlanıb və başında qara zibil torbası olub. İyulun 29-da səhər saatlarında təsadüfi yoldan keçən bir nəfər meşədə uzanmış cəsədlə rastlaşıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin yanında rus dilində müəyyən sahomenalıya ünvanlanmış qeyd tapıblar.

Gələn həkim briqadası kişinin öldüyünü təsdiqləyib.

İlkin məlumata görə, ölümə səbəb boğulma olub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə bir kişinin oğulları ilə miras üstündə dava salaraq onları güllələdiyi bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə