Bolqarıstan parlamentinin Rusiya ilə bağlı bəyanatı...

...Bolqarıstan parlamentinin Rusiyanın terrorizmi dəstəkləyən ölkə kimi göstərdiyi bəyannamənin qəbul edilməsi qərarı yalnız Sofiyanın Avropa rusofobiyasının lokomotivinə yetişmək istəyini nümayiş etdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

...Avropa rusofobiyasının lokomotivi ilə ayaqlaşmaq cəhdində, bir qədər gec də olsa, bolqarıstanlı deputatlar Rusiyanı guya “terrorizmin sponsoru” kimi qələmə vermək kimi qüsurlu xətti tutdular”

Bunu deyən Zaxarova bəyan edib ki, bəyannamənin tezisləri reallıqla zəif bağlıdır və Rusiyaya qarşı irəli sürülən ittihamlar əsassızdır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, “Qərblilər terrora özlərinin sponsorluq etdiyini görmürlər”. Bundan əvvəl Zaxarova bəyan etmişdi ki, “Rusiyadan təhdid” bəhanəsi ilə kütləvi şəkildə Avropa sakinlərinə “gənəgərçək yağı qabları” ilə müqayisə edilən anti-Rusiya gündəmi tətbiq olunur.

Zaxarova Avropa Komissiyası (AK) ilə ABŞ arasında imzalanan sazişə görə Avropanın Rusiyanın enerji resurslarından Amerikanın xeyrinə tamamilə imtina etmək öhdəliyi götürdüyünü belə şərh edib.

Eyni zamanda, onun sözlərinə görə, Qərb ölkələrinin hərəkətləri Avropanın sənayesizləşməsinə gətirib çıxarır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə