83 yaşlı prezident dördüncü müddətə namizəd olmaq qərarına gəlib...

Seçkilər bu ilin oktyabrında keçiriləcək...

Fil Dişi Sahilinin hökmdarı Alassan Uattara bu ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, 83 yaşlı siyasətçinin dördüncü prezidentlik müddəti olacaq. ...Mən namizəd kimi iştirakımı təsdiqləyirəm, çünki sevimli Kot-d’İvuarımızın firavan, dinc və təhlükəsiz ölkə olaraq davam etməsini istəyirəm.

Alassan Uattara bunu sosial mediada videomüraciətində bildirib.

Xatırladaq ki, Uattara 2011-ci il aprelin 11-də hakimiyyətə gəlib. O, 10 illik fasilədən sonra keçirilən seçkilərdə qalib gəlib. Qeyd edək ki, həmin vaxt o, səslərin 54,1 faizini qazanaraq, o vaxtkı prezident Loran Qbaqbonu qabaqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə