Hindistan ABŞ-a ən böyük smartfon ixracatçısı oldu

Çin üçüncü pillədə qərarlaşıb.

Tariflərin səbəb olduğu qeyri-müəyyənlik fonunda istehsal tədarük zəncirinin Pekindən uzaqlaşdığını əks etdirən Hindistan Çini keçərək ABŞ-a ən böyük smartfon ixracatçısı oldu.

SİA xəbər verir ki, Canalys-in 28 iyul bazar ertəsi dərc etdiyi məlumatlara görə, ikinci rübdə Hindistanda yığılmış smartfonlar bu cihazların ABŞ-a idxalının 44 faizini təşkil edib.

Canalys-in məlumatlarına görə, Çinin ABŞ-a smartfon ixracındakı payı isə iyunda bitən rübdə bir il əvvəlki 61 faizdən 25 faizə düşüb.

Vyetnamın ABŞ-a smartfon ixracındakı payı da Çininkindən yüksək olub, 30 faiz.

Canalys-ə görə, Hindistandan daşınmaların kəskin artması, ilk növbədə, ABŞ və Çin arasında ticarət qeyri-müəyyənliyinin artdığı bir dövrdə Apple-ın ölkəyə sürətləndirilməsi ilə bağlıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə