Rusiyanın Zaporojya həbsxanasına hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb - Ukrayna

Ukrayna Rusiya ordusunun Zaporojya vilayətindəki həbsxanaya endirdiyi hava zərbəsi nəticəsində 16 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov "Telegram" hesabında yazıb ki, Rusiya ordusu gecə saatlarında bölgəyə FAB tipli bombalarla hücum edib.

Fedorov rusların bölgəyə 8 dəfə hücum etdiyini və hücumda cəzaçəkmə müəssisəsinin də hədəf alındığını bildirib.

Fedorov aşağıdakı açıqlamaları verib: "Bir islah müəssisəsi də vuruldu. 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Müəssisənin binası dağıdılıb. - Dnepropetrovsk vilayətində baş verən hücumda 2 nəfər həlak olub

Bu arada Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak da eyni hesabla Rusiya ordusunun gecə ərzində Kamyanske şəhərinə FAB tipli bombalarla hücum etdiyini açıqlayıb. Lisak hücumda 2 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, xəstəxana binasına ziyan dəydiyini qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə