Çində güclü yağışlar nəticəsində 30 nəfər ölüb

Çində leysan yağışların səbəb olduğu daşqın və fəlakətlər nəticəsində ilkin məlumata görə, 30 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin xəbərinə görə, leysan yağışlar paytaxt Pekində həyata mənfi təsir etməkdə davam edir.

Rəsmi məlumatlara görə, leysan yağışların səbəb olduğu daşqınlar və fəlakətlər Pekinin Miyun rayonunda 28, Yançeng rayonunda isə 2 nəfərin həyatına son qoyub. Aramsız yağan leysan magistral yolları sıradan çıxarıb, bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Şəhərdə daşqınlara qarşı mübarizə tədbirləri gücləndirilib. İtkin düşənlərin axtarış-xilasetmə işləri davam edir. Ərazilərə xilasedici qruplar və təbii fəlakətdən xilasetmə ləvazimatları göndərilib. Bu günə kimi 80 332 nəfər təxliyə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə