Kamboca tərəfi atəşkəs rejimi çərçivəsində iyulun 29-u səhər saatlarına iki ölkənin hərbi dairə komandanlarının təyin olunmuş görüşünü iki dəfə təxirə salıb, sərhəd xətti boyunca atışmalar baş verir.xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı Banqkok vaxtı ilə saat 10:50-də ölkənin quru qoşunları komandanlığının bəyanatına istinadən məlumat yayıb.
"Kamboca tərəfi saat 07:00-a təyin edilmiş Tailand və Kamboca hərbi dairə komandanlarının görüşünü iki dəfə, ikinci dəfə qeyri-müəyyən müddətə təxirə salıb. Sərhəd xətti boyunca bir çox sahələrdə atışmalar baş verir. Atıcı silahlardan atəş səhər saatlarından Kamboca tərəfindən başlayıb, Tailand qoşunları da atıcı silahlardan atəşlə cavab verir", - bəyanatda bildirilib.
Tailandın quru qoşunları komandanlığının əvvəlki bəyanatında deyilir ki, Kamboca qoşunları gecə yarısı qüvvəyə minmiş atəşkəs rejimini dəfələrlə pozub.
"Sərhəddə atışmalar gedir, Kamboca qoşunları Tailand mövqelərinə doğru irəliləməyə cəhd edir, lakin Tailand qoşunları onları adekvat vasitələrlə cavab verir", - komandanlığın rəsmi nümayəndəsi general-mayor Vintay Suvari bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə