Tramp Çinə səfər dəvəti alıb

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə tez bir zamanda görüşmək fürsəti axtarmadığını, lakin artıq Pekinə səfər dəvəti aldığını bildirib. SİA-nın məlumatına görə, bu barədə ABŞ lideri "Truth Sosial”dakı hesabında yazıb.

"Yalançı KİV-lər yazır ki, mən Çin Sədri Si Cinpinlə sammit keçirmək üçün fürsət axtarıram. Bu, doğru deyil, mən heç nə axtarmıram", - o qeyd edib.

"Mən Çinə gedə bilərəm, ancaq artıq təklif göndərmiş Sədr Si Cinpinin dəvəti ilə. Əks halda, bu məni maraqlandırmır", - D.Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə