Peterburqda miqrantlara daha bir qadağa qoyuldu

Sankt-Peterburqda lisenziya ilə işləyən miqrantlara 2025-ci ilin sonuna qədər taksi fəaliyyəti göstərmək qadağan edib. SİA xəbər verir ki, bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov qərar qəbul edib. Qeyd olunur ki, qərar “taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq” və Rusiya vətəndaşları üçün əlavə məşğulluq imkanları yaratmaq məqsədi daşıyır. Hakimiyyət belə bir tədbirin şəhərin həyatına sosial-iqtisadi təsirini 2025-ci ildə qiymətləndirməyi və 2026-cı ildə tətbiq edilməsinin zəruriliyi barədə qərar qəbul etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə