Çinin şimalında güclü yağış və daşqın nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər isə itkin düşmüş hesab olunur. Minlərlə insan təxliyə edilib. Bu barədə SİA xarici mediaya istinadla xəbər verir.
CCTV dövlət televiziyasının məlumatına görə, qurbanların əksəriyyəti paytaxtla sərhəddə yerləşən Hebey vilayətindəndir. Səkkiz nəfər itkin düşmüş hesab olunur.
Pekinin hakimiyyət orqanları fövqəladə vəziyyət tətbiq edəcəklərini bildirib. İnsanlara evdə qalmaq əmri verilib, məktəblər bağlanıb, tikinti işləri dayandırılıb, turizm və digər açıq hava tədbirləri dayandırılıb.
Mərkəzi hökumət Hebey vilayətinə təxminən 7 milyon dollar ayırdığını bəyan edib.
Xatırladaq ki, Pekin və Hebey 2023-cü ildə də güclü daşqınlardan zərər çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə