Türkiyə və İndoneziya 48 ədəd KAAN beşinci nəsil döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb. Bu, İstanbulda keçirilən IDEF25 müdafiə sərgisində baş verib.
SİA xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.
İndoneziya uzun müddətdir ki, yeni türk təyyarəsi ilə maraqlanır. Müqavilənin imzalanması ilə tərəflər KAAN-ın Asiya ölkəsinə ixracı üçün lazım olan bütün rəsmiləşdirmələri tamamladılar.
Daha əvvəl dərc edilmiş memorandumda qeyd edildiyi kimi, KAAN tədarükləri 120 ay ərzində tamamlanmalıdır. 10 illik layihənin dəyəri 10 milyard dollardan çox qiymətləndirilir.
Xatırladaq ki, KAAN, Turkish Aerospace Industries (TAI) tərəfindən hazırlanmış Türkiyənin qabaqcıl beşinci nəsil döyüş təyyarəsidir. KAAN prototipi ilk uçuşunu 2024-cü ilin fevralında edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə