ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukraynaya müdaxiləni dayandırmaq üçün 10-12 gün vaxt verdiyini bildirib.
...Biz sadəcə olaraq heç bir irəliləyiş görmürük.
SİA-nın əldə etdiyi məlumata görə, “The New York Times” xəbər verir ki, Tramp ABŞ-ın səbrinin tükəndiyini əlavə edib.
Xatırladaq ki, bu ayın əvvəlində Tramp Moskvaya xəbərdarlıq etmişdi ki, 50 gün ərzində sülh razılaşması əldə olunmasa, o, sanksiyaların yeni mərhələsini tətbiq edəcək. İndi prezidentin sözlərinə görə, bu müddət qısaldılıb.
...Biz kifayət qədər vaxt vermişik. Növbəti addım qətiyyətli addımdır.
Ağ Ev Rusiya banklarına, texnologiyaya və neft ixracına məhdudiyyətlər daxil olmaqla yeni sanksiyaları nəzərdən keçirir.
Birləşmiş Ştatlar həm də mümkün addımlar barədə müttəfiqləri ilə məsləhətləşmələr aparır.
Ağ Ev Rusiya neftinin alıcılarına böyük tariflər tətbiq edə bilər.
Kiyev təzyiqin münaqişənin sona çatmasını sürətləndirməyə kömək edəcəyinə ümid edərək Trampın bəyanatını alqışlayıb. Moskva hələ ki, rəsmi cavab verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə