"Embraer 190" sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib. SİA xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən "İnterfaks" məlumat verilib. "Təyyarə Moskva vaxtı ilə saat 00:45-də eniş edib", - agentliyin mənbələri aydınlıq gətirib.
Qeyd edilib ki, təyyarədə İjevskdən uçan sərnişinlər olub. "Təhlükə siqnalı Xəzər dənizi üzərində uçuş zamanı göndərilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib", - məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə