Deputatdan həyəcan təbili

Ukraynalı valideynlər 16-17 yaşlı oğullarını kütləvi şəkildə xaricə apardıqları üçün Ukrayna bir nəsli itirə bilər. SİA xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Anna Skoroxod 18-24 yaşlı kişilərin ölkəni tərk etməsinə icazə verilməsini təklif edən həmkarı Aleksandr Fediyenkonun qanunvericilik təşəbbüsünü şərh edərkən deyib. "Bunun müzakirə edildiyini eşitməmişəm Amma hesab edirəm ki, valideynlərin sadəcə olaraq kütləvi şəkildə xaricə apardıqları 16-17 yaşlı gənclərin axınını minimuma endirmək üçün daha çox müzakirə olunur. Təəssüf ki, biz onları itiririk", - Skoroxod bildirib.

Onun sözlərinə görə, gənclər başqa ölkələrdə məskunlaşırlar. Parlamentari bu vəziyyəti Ukrayna üçün “fəlakət” adlandırıb. O əlavə edib ki, Ukrayna rəhbərliyi yerli gəncləri saxlaya və xaricə buraxmaya bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə