Böyük Britaniyanın Mançester bölgəsində yerləşən, XIX əsrə aid tarixi kilsənin həyətindən oğurlanan daşların bərpası 20 min funt sterlinqdən baha başa gələcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Viqan şəhərinin Tildesli qəsəbəsində yerləşən və II dərəcəli tarixi abidə statusuna malik Müqəddəs Corc (St George’s) kilsəsinin həyətindən 50-dən çox York qumdaşı oğurlanıb.
Hadisə ilə bağlı açıqlama verən yerli bələdiyyə üzvü Ceyms Fiş kilsənin 200 illik yubileyini qeyd etdiyi bir vaxtda baş verən bu vandalizm aktını qınayıb və oğurlanan daşların əvəzini ödəmək üçün ianə kampaniyası başladıldığını bildirib.
Kilsə rəhbərliyi isə könüllülərin dəstəyi ilə ərazidə yaranmış dağıntıların təmizlənməsinə görə təşəkkür edib. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə