...Almaniya ABŞ-ın Ukraynaya təklif etdiyi yeni yardım sxeminin bir hissəsi kimi Ukraynaya üç Patriot sistemi təhvil verib və Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının ödənişi Avropa ölkələri tərəfindən ödənilir.
SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” adı açıqlanmayan rəsmilərə istinadən yazır.
Qeyd olunur ki, ümumilikdə Ukrayna yeni sxem üzrə 10 “Patriot” sistemi almağa ümid edir. Bazar ertəsi Ukraynanın müttəfiqlərinin görüşündə Almaniyanın müdafiə naziri Boris Pistorius ətraflı məlumat vermədən Berlinin beş “Patriot” sisteminin “təmin edilməsini asanlaşdıracağını” deyib.
Jurnalistlərin həmsöhbətləri isə bildiriblər ki, artıq üç sistem ötürülüb və Almaniya hazırda ABŞ-la daha birinin göndərilməsi ilə bağlı danışıqlar aparır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə