Rusiyanın Armavir hərbi aerodromunda Su-27UB təyyarəsi məhv edilib...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi təfərrüatları açıqlanıb...

İyulun 26-na keçən gecə Rusiyanın Krasnodar vilayətindəki Armavir hərbi aerodromunda Su-27UB döyüş hazırlığı qırıcısı məhv edilib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

...Rusiyanın Armavir şəhərində Su-27UB təyyarəsi məhv edilib.

Bunu Baş Kəşfiyyat İdarəsi bildirib.

Onların məlumatına görə, iyulun 25-dən 26-na keçən gecə Krasnodar diyarının Armavir aerodromunda Rusiya Silahlı Qüvvələrinə məxsus Su-27UB təlim-döyüş qırıcısı yanıb. Eyni zamanda, yerli sakinlərin sözlərinə görə, aerodrom yaxınlığındakı məskunlaşma məntəqələrində rabitə yoxdur. Armavir aerodromundan və onun üzərindəki təyyarələrdən ilk növbədə Krasnodar Aviasiya Məktəbinin kursantlarının hazırlanması üçün istifadə olunur.

...Rusiya daxilində Kreml rejiminə qarşı müqavimət güclənir, - kəşfiyyat agentliyi əlavə edib.

Su-27 dördüncü nəsil sovet hər cür havada səsdən sürətli ağır qırıcıdır. Təyyarə hava üstünlüyü əldə etmək üçün nəzərdə tutulmuşdu, həm də yer hədəflərinə raket və bomba zərbələri üçün istifadə olunur.

Su-27 taktiki nüvə silahı daşımağa qadirdir. Bu təyyarə Rusiya Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələrindən biridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə