Krımda Krım tatar muzeyinin tikintisi layihəsi hazırlanacaq...

...V.İ.Vernadski adına Krım Federal Universiteti Krım Tatar Mədəniyyət və Tarixi İrs Muzeyinin binasının layihələndirilməsi üzrə podratçı təyin edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, müvafiq sərəncamı Krım Respublikasının rəhbəri imzalayıb.

Layihə sənədlərinin yaradılması üçün büdcədən 22 milyon 790 min rubl ayrılıb.

İşlərin başa çatdırılması üçün son tarix 2026-cı il oktyabrın 30-na kimi müəyyən edilib.

Yeni muzey kompleksinin Krım tatar xalqının mədəni irsinin qorunması və populyarlaşdırılması üçün mühüm mərkəzə çevrilməsi nəzərdə tutulub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə