Rusiya FHN Saratovda partlayış nəticəsində yeddi nəfərin öldüyünü təsdiqləyib

Rusiya FHN Saratovda partlayış nəticəsində yeddi nəfərin öldüyünü təsdiqləyib

Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır", - məlumatda bildirilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə