ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandırıb və Qətərdəki danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof məlumat verib. O bildirib ki, bu addım HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra atılıb.
“Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada daimi sülhə nail olmaqda qətiyyətliyik”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə