Küveyt Dövlətinin Misir Mərkəzi Bankındakı əmanətlərinin Misir Ərəb Respublikasında sərmayə qoyuluşuna transformasiyasının fəallaşdırılması müzakirə edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məsələ Misir nəqliyyat naziri ilə Küveyt Nazirlər Şurasının sədri arasında əl-Küveytdə baş tutmuş görüşdə müzakirə olunub.
“Bloomberg”in aprel ayında yaydığı məlumata görə, Küveytin Misir bankında depozitlərinin həcmi 4 milyard dollardır. Mənbənin bildirdiyinə görə, tərəflər bu məbləğin ən azı yarısını cari ilin sonunda investisiyaya yönəltmək haqqında razılığa gəliblər. Küveyt 2014-cü ildən bu məbləği Misir iqtisadiyyatını dəstəkləmək məqsədilə bankda saxlayırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə