146 ölkədən gənclər Vatikana toplaşacaqlar

Dünyanın 146 ölkəsindən olan 500 mindən çox gənc Vatikanda toplaşacaq.

SIA xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində iyulun 28-dən avqustun 3-dək Gənclər Yubileyi keçiriləcək. Gənclərin 68 faiz Avropadan, qalanları isə digər qitələrdən – xüsusilə müharibə zonalarından (Livan, İraq, Myanmar, Ukrayna, İsrail, Suriya və Sudan) gəlirlər. Onları qarşılamaq üçün 270 kilsə, 400 məktəb, 40 məktəbdənkənar sahə, mülki müdafiə mərkəzləri, idman zalları və ailələr səfərbər edilib.

Həmin gənclər müxtəlif tədbirlərdə iştirak edəcək, kilsələrdə olacaq və görüşlərə qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə