Ukrayna kəşfiyyatı ölkədəki etiraz aksiyalarında Rusiyanın izini tapıb...

İddialara görə, Moskva Ukraynada hökumətin antikorrupsiya qurumlarını müstəqillikdən məhrum etmək qərarına qarşı keçirilən etiraz aksiyalarından istifadə etməyə çalışır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ölkədəki etiraz aksiyalarında Rusiyanın izini tapıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Agentliyin Telegram kanalında müvafiq yazı dərc olunub. ...Rusiya Qərbin dəstəyini zəiflətmək və ya məhv etmək üçün Ukraynanı dünyada nüfuzdan salmaq niyyətindədir. Ukraynanın daxilində Rusiya vəziyyəti mümkün qədər gərginləşdirmək üçün ictimai narazılıqdan istifadə etmək imkanını nəzərdən keçirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Moskva da etirazlar zamanı bir sıra təxribatlar törətməyi planlaşdırır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun səlahiyyətlərinin azaldılması ilə bağlı qanunu imzalayıb və faktiki olaraq bu qurumları müstəqillikdən məhrum edib.

Bunun ardınca Ukraynanın böyük şəhərlərində, o cümlədən Kiyev, Dnepr, Odessa və Lvovda etiraz aksiyaları başlayıb..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə