Rusiya tərəfi ilə danışıqlarda Ukrayna nümayəndə heyəti dərhal və tam atəşkəsdə israr edəcək.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna lideri Vladimir Zelenskinin Telegram-kanalında bildirilib.
...Bu gün Türkiyədə keçirilən danışıqlarda Ukrayna nümayəndələri dərhal və tam atəşkəsin zəruriliyində təkid edəcəklər, - bəyanatda deyilir.
Xatırladaq ki, iyulun 23-də günortadan sonra Rusiya nümayəndə heyəti Ukraynada nizamlanma üzrə danışıqların üçüncü raundunda iştirak etmək üçün İstanbula gəlib. Agentlik xatırladıb ki, Rusiya və Ukrayna arasında danışıqlar Moskva vaxtı ilə saat 19:00-a İstanbulun mərkəzindəki Çırağan sarayında planlaşdırılıb.
…Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Onunla birlikdə Rusiya Federasiyasının maraqlarını Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edəcəklər.
Rusiya nümayəndə heyəti İstanbula gəliblər.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundan möcüzə gözləməməyə çağırıb. O, Rusiya tərəfinin öz maraqlarına nail olmaq və onların əldə olunmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə