Yükləmə ABŞ Hərbi Dəniz Yükləmə Komandanlığının yerləşdiyi Norfolk limanında aparılır. Yük Bremerhavenə çatmalıdır.
ABŞ prezidenti Donald Trampın Ukraynaya yeni yardım planını açıqlaması fonunda ABŞ-ın hərbi ləvazimatlarını daşıyan 15 gəmi iyul-noyabr aylarında ABŞ-dan Almaniyanın Bremerhaven limanına gedəcək.
Ağ Evin rəhbəri daha əvvəl bəyan etmişdi ki, Şimali Atlantika Alyansı ölkələri yeni təchizat sxemi üzrə razılığa gəliblər: müttəfiqlər Amerika silahlarını alıb, sonra onu Kiyevə təhvil verəcəklər.
Planın bir hissəsi olaraq Pentaqon podratçılarla 750 milyon dollarlıq sövdələşmə bağladı və müqavilələrin ümumi dəyərini 1,5 milyard dollara çatdırdı.
ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən American Roll-On Roll-Off Carrier (ARC) şirkətinin saytına istinadən xəbər verir ki, iyulun 22-dən noyabrın 3-dək Almaniyaya 11 reys planlaşdırılıb.
Daşımalarda iştirak edən gəmilər ARC Independence, ARC Defender, Patriot, ARC Integrity və ARC Endeavourdur.
SİA-nın məlumatına görə, bunu RİA Novosti yazır. Danimarkanın Maersk Group korporasiyasının Amerika törəmə şirkətinin dörd konteyner gəmisi də yayın sonunda Bremerhavenə çatmalıdır.
Qrafikə əsasən, yükləmə ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığının yerləşdiyi Norfolk limanında aparılır. ARC gəmiləri raket və ya sursat daşımır, lakin zirehli maşınlar və HIMARS sistemləri də daxil olmaqla hərbi texnikanın çatdırılması üçün istifadə olunur.
Maersk gəmiləri Patriot və GMLRS kimi raket sistemlərini daşımaq üçün uyğun ölçü və imkanlara malikdir. Bremerhaven ənənəvi olaraq NATO-nun əsas logistik mərkəzlərindən biri kimi xidmət edib və Amerika avadanlıqlarının Ukrayna və Şərqi Avropaya daşınması üçün istifadə olunur.
Bundan əvvəl Tramp Ukraynaya tədarük çatışmazlığına baxmayaraq, Amerika silahlarının tədarük edildiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə