...Səhər saatlarında məktəbə gedən 3-cü sinif şagirdi Fatimə Akter günün ikinci yarısında dərsdən qayıtmamağı onun valideynlərini narahat etməyə başlayıb.
Amma sanradan da qıza evə qayıtmaq qismət olmayıb.
SİA-nın məlumatına görə, məsələ bundadır ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi onun oxuduğu sinif otağına düşüb.
...Fatimə və daha 28 uşaq yerindəcə keçinib.
Belə ki, uşaqlar və yeniyetmələr dərsdə olarkən F-7 BGI təyyarəsi Diabari rayonundakı Milestone School və Kollecin binasına çırpılıb.
Başlayan yanğın nəticəsində bir çox tələbə ağır yanıqlar alıb, 165 nəfər xəstəxanaya yerləşdirilib.
...Qardaşım qızı Fatimə Akter üçüncü sinifdə oxuyub. Məktəb evdən 5 dəqiqəlik piyada məsafədədir və mən qəzanı və binadan tüstü çıxdığını özüm gördüm.
Bunu telejurnalist Leon Mir böyük bacısının qızının ölümü ilə bağlı Arab News-a deyib.
...Mən məktəbə tələsdim. Bilmirəm necə oldu, amma içəri girə bildim.
O, qızın cəsədini daha sonra şəhərin digər tərəfindəki xəstəxanada tapıb. O, üzərində adı olan məktəb vəsiqəsi ilə müəyyən edilib.
Banqladeş səlahiyyətliləri təyyarə qəzası qurbanlarının müalicəsi üçün ən yaxşı həkimləri və pediatrları səfərbər edib. Hökumətin sağlamlıq üzrə xüsusi köməkçisi Səid ur-Rəhmanın sözlərinə görə, 30 xəstə Milli Yanıqlar və Plastik Cərrahiyyə İnstitutuna aparılıb, onlardan 10-nun vəziyyəti ağır, qalanlarının vəziyyəti isə ağırdır.
Olanların əksəriyyəti məktəblilər və tələbələrdir.
Təyyarə qəzasında pilot və iki müəllim də həlak olub. Onlardan biri, bədənində 100 faiz yanıq olan 42 yaşlı Maherin Çaudhari 20 tələbəni yanğından xilas edə bilib.
Təyyarə qəzaya uğrayan zaman qadın ibtidai sinif şagirdlərini məktəbdən yola salmaq üçün həyətdə olub.
Yanğın baş verib, lakin qadın 20 uşağı həyətdən çıxara bilib. O, ağır vəziyyətdə Yanıqlar və Plastik Cərrahiyyə İnstitutuna aparılıb və az sonra orada dünyasını dəyişib.
...Ölən məktəblilərdən ən azı beşi onun qonşularının uşaqları olub. Onlardan 4-ü yerindəcə, biri daha sonra xəstəxanada dünyasını dəyişib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə