Almaniya Ukraynaya iki zenit-raket kompleksi verə bilər...

Pistorius Patriotun Ukraynaya tədarükü üçün şərt adlandırıb..?

...Almaniya Ukraynaya iki “Patriot” zenit-raket kompleksi verə bilər, ancaq bir şərtlə ki, ABŞ onları tez bir zamanda kompensasiya etsin.

SİA-nın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

...Biz iki “Patriot” sistemimizi təhvil verə bilərik, ancaq onların, məsələn, altı-səkkiz ay ərzində dəyişdiriləcəyinə dair etibarlı təminat olduqda...

Pistorius bunu Bavariyanın Erdinq şəhərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şərtin əsas səbəbi Bundesverin döyüş hazırlığının və təlim qabiliyyətinin qorunub saxlanılması zərurətidir.

Nazir izah edib ki, əgər Almaniya bir-iki il ərzində təlim sistemlərinə malik olmasa, ölkə mütəxəssis hazırlamaq imkanını itirəcək.

Eyni zamanda, Pistorius qeyd edib ki, Ukraynanın ümumilikdə beş Patriot dəstinə ehtiyacı var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə