Serbiya Kosovo ilə normallaşma prosesini dayandırıb

Serbiya Kosovo ilə dialoq və normallaşma prosesini dayandırıb. SİA xəbər verir ki, bu barədə Serbiyanın Kosovo və Metoxiya ofisinin direktoru Petar Petkoviç deyib.

O bildirib ki, buna səbəb ofisin direktor müavini İqor Popoviçin Kosovo təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasıdır.

“Kosovo rəhbərliyi qanunlardan sui-istifadə edib. İqor Popoviç azadlığa buraxılana qədər Kosovo ilə normallaşma prosesini dayandırırıq”, - deyə Petar Petkoviç qeyd edib.

Serbiya Baş naziri Duro Macut da İqor Popoviçin həbsini pisləyib.

Qeyd edək ki, İqor Popoviçin 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Belqrad ilə Priştina arasında dialoq və normallaşma prosesi 2011-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə