ABŞ-da Obama administrasiyasına dair sövdələşmə əldə edilib..?

...Gələn həftə ABŞ rəsmiləri keçmiş prezident Barak Obama administrasiyasının Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı sövdələşməsinə dair daha çox sübutlar açıqlayacaqlar.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard məlumat verib. ...İrəliləmək və ədalət axtarmaq, məsul şəxsləri məsuliyyətə cəlb etmək və onları ittiham etmək üçün sübutlarımız var.

İyulun 18-də Qabbard Obama administrasiyasının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları uydurduğuna dair sübutlar açıqlayıb.

Sənədlərdə deyilir ki, ABŞ rəsmiləri 2016-cı il seçkilərindən əvvəl və sonra Moskvanın kiberhücumlar vasitəsilə öz nəticələrinə təsir etmədiyini bilirdilər.

Dövlət Duması Obamanı hələ şərəfini tam itirmədiyi təqdirdə Rusiyadan üzr istəməyə çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə