Çində 1000-dən çox insan çikungunya qızdırmasına yoluxub...

Çinin cənubundakı Quanqdonq əyalətində çikunqunya qızdırması hallarında əhəmiyyətli artım qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə məlumatı yerli “Quançjou Ribao” qəzeti yayıb.

İlkin hesablamalara görə, hazırda rəsmi qeydiyyatda olan xəstələrin sayı 1,2 min nəfərə çatır.

İnfeksiyanın yayılma sürəti yerli hakimiyyət orqanlarının ciddi narahatlığına səbəb olur.

Mənbənin sözlərinə görə, bölgədə yoluxma hallarının sayı cəmi 72 saat ərzində iki dəfədən çox artıb.

Qeyd olunur ki, əksər xəstələrdə xəstəlik açıq şəkildə simptomlar olmadan yüngül formada baş verir.

Virus infeksiyasının daha da yayılmasının qarşısını almaq üçün yerli hakimiyyət orqanları genişmiqyaslı profilaktik tədbirlərə başlayıb.

Daha əvvəl bildirilmişdi ki, Rospotrebnadzor Rusiyaya çikungunya qızdırması ilə bağlı heç bir faktı qeydə almayıb. Departament bu qızdırma ilə yoluxma riski olan ölkələrin də adını çəkib.

Çikungunya qızdırması eyni adlı virusun yaratdığı kəskin yoluxucu xəstəlikdir. İnsanlara əsasən gün ərzində aktiv olan yoluxmuş Aedes aegypti və Aedes albopictus ağcaqanadlarının dişləməsi ilə keçir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə