Rəsmi statistikaya görə, tibb bacılarının 21 faizi ilk iş ilində işdən çıxıb. Bəzi bölgələrdə bu rəqəm 40 faiz və daha çox olur.
SİA-nın məlumatına görə, rusların səhiyyə nazirliyi səlahiyyətlisi Rusiya səhiyyəsində kadr dəyişikliyi ilə bağlı məlumatları açıqlayıb.
Pensiya Fondu ilə birgə araşdırmaya görə, hər beşinci tibb bacısı (21 faiz) işə başladığı ilk il ərzində işdən çıxır.
Yeni işə qəbul olunan 69 min mütəxəssisdən 15 minə yaxını bir il belə peşəsində qalmır.
Bölgədən asılı olaraq vəziyyət xeyli dəyişir. İvanovo və Xerson bölgələrində, həmçinin Çukotka və Yamalda ixtisar nisbəti 15 faizdən çox deyil.
Bununla belə, Tuva və Altayda gənc mütəxəssislərin 40 fizdən çox, Kalmıkiya və Buryatiyada - təxminən üçdə biri, Kurqan bölgəsində - 32 faiz təşkil edir.
Mütəxəssislər problemi ağır iş şəraiti, iş yükünün çoxluğu və maaşların nisbətən aşağı olması ilə əlaqələndirirlər.
Bu məsələlər ucqar rayonlarda və milli respublikalarda xüsusilə kəskindir.
Səhiyyə Nazirliyi səhiyyə sistemində, xüsusən də gənc mütəxəssislər arasında kadrların saxlanılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu qəbul edir.
Bəli, qəbul edir, bəs sonrası..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə