Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən neft və enerji sektorlarını hədəf alan 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Reuters"in suallarını cavablandıran diplomatlar bildiriblər ki, G7 ölkələri sanksiyalar paketi çərçivəsində Rusiya neftinin tavan qiymətini bir barel üçün 47,6 dollara endirəcək.

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial mediada deyib: "Müharibənin xərclərini artırmağa davam edəcəyik və Rusiya rejiminin yeganə variantının hücumlarını dayandırmaq olmasını təmin edəcəyik". Danimarkalı diplomat həmçinin bildirib ki, sanksiya paketi Şimal axını 1 və 2-də yeni tranzaksiya qadağalarını əhatə edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə