İraqda ticarət mərkəzində yanğın olub - 60 ölü

İraqda ticarət mərkəzində baş verən yanğında azı 60 nəfərin öldüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ticarət mərkəzində ən azı 60 nəfər həlak olub.

Əraziyə çoxlu sayda polis və tibbi briqada göndərilib. Vasit qubernatoru Məhəmməd əl-Miyahi yanğında yaralananların xəstəxanalara çatdırıldığını açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə