Alyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib

ABŞ-də Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Sand Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, xəbərdarlığın qüvvədə olduğu zonalarda yaşayan sakinlərdən daxili ərazilərə və ya daha yüksək yerə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə