Avropa İttifaqı “sabitliyi pozan fəaliyyətlərə” görə doqquz şəxsə və altı təşkilata qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib. SİA xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilir.
Sanksiyalar Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsini, BRİKS Jurnalistləri Assosiasiyasını, Geosiyasi Ekspertiza Mərkəzini və Baltik Donanmasının 841-ci Elektron Müharibə Mərkəzini hədəfləyir. Bundan əlavə, sanksiya siyahısına bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloger və iki Moldova vətəndaşı daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB